Modern.az

Vüqar Səfərli jurnalistlərin Avropaya getməsi üçün xahiş edib

Vüqar Səfərli jurnalistlərin Avropaya getməsi üçün xahiş edib

25 Fevral 2011, 16:36


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda Beynəlxalq Mətbuat İnstitunun (BMİ) direktoru Alison Betel Makkenzi ilə görüş keçirilib.
Görüşdə Fondun icraçı direktoru Vüqar Səfərli və Müşahidə Şurasının  sədri Umud Rəhimoğlu iştirak edib. 
Vüqar Səfərli Fondun yaranma tarixi, fəaliyyət mexanizmi və iş prinsipi haqqında qonaqlara ətraflı məlumat verib. Bundan əlavə o, KİV-in maddi-texniki bazasının takmilləşdirilməsi məqsədilə indiyə qədər həyata keçirilən layihələr, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və peşəkarlığın artırılması məqsədilə fərdi yazı müsabiqələrinin keçirildiyi barədə görüş iştirakçılarının diqqətinə çatdırıb. V. Səfərli gələcəkdə jurnalistlərin beynəlxalq təcrübəni öyrənmək məqsədilə BMİ -nin vasitəsi ilə  ilə Avropa ölkələrinə səfərlərinin təşkil edilməsini xanım Alison Makkenzidən xahiş edib.     

Fondun indiyə qədər gördüyü işləri müsbət qiymətləndirən  BMİ-nin rəhbəri  xanım Alison Makkenzi jurnalistlərin sosial vəziyyətinin, KİV-in maddi texniki bazasının gücləndirilməsi və onların peşakarlığının artırılması istiqamətində  Fond tərəfindən atılan addımları və həyata keçirdikləri tədbirləri dəstəklədiyini bildirib. Daha sonra xanım Makkenzi gələcəkdə azərbaycanlı jurnalistlərin peşəkarlığının artırılması məqsədilə Avropa ölkələrinə səfərlərin  təşkil edilməsində BMİ tərəfindən lazımi  dəstəyin göstəriləcəyini bildirdi.

Qeyd edək ki, BMİ dünyanın ən nüfuzlu media  təşkilatlarından biri olmaqla yanaşı, BMT və UNESKO-nun toplantılarında məsləhətçi səs hüququna malikdir.  



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...