Modern.az

Türkiyədə 3 hərbçi şəhid oldu

Türkiyədə 3 hərbçi şəhid oldu

31 Oktyabr 2016, 17:40

Türkiyədə  atışma nəticəsində 3 hərbçi şəhid olub, biri yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Hakkari əyalətinin Yüksəkova rayonunda baş verib.

 

Dağlıca bölgəsində terrorçu PKK qruplaşmasının silahlılarına qarşı əməliyyat zamanı təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib.

 

Məlumatda qeyd edilib ki, yaralı hərbçi Hakkaridəki xəstəxanaya yerləşdirilib.

Havadan dəstək verilən əməliyyat nəticəsində isə 6 terrorçu zərərsizləşdirilib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi