Modern.az

Azərbaycan ABŞ-la terrorizmi müzakirə etdi

Azərbaycan ABŞ-la terrorizmi müzakirə etdi

31 Oktyabr 2016, 18:08

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə katibinin müavininin köməkçisi Maykl Karpenteri qəbul edib.

 Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, Ermənistanın münaqişənin həllinə  mane olduğunu, destruktiv siyasət yürüdərək müxtəlif təxribatlara əl atdığını vurğuladı.

Səmimi şəraitdə keçən görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olundu.


Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi