Braziliyanın Parana ştatında iri avtomobil qəzası qeydə alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sürət həddinin yüksək olduğu yolda sərnişin avtobusu ilə yük maşını üzbəüz toqquşub.
Qəzadan sonra əmələ gələn yanğın hər iki nəqliyyat vasitəsini tamamilə sıradan çıxarıb.
Faciə nəticəsində 20 nəfərin həlak olduğu, 9 nəfərin yaralandığı bildirilir.
Modern.az