Türkiyə “Firat qalxanı” əməliyyatı çərçivəsində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının 99 və Suriya kürdlərinin özünü müdafiə qüvvələrinin 4 obyektini dağıdıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
“Azad Suriya Ordusu Əl-Rai şəhərində 3 yaşayış məntqəsini nəzarətə götürüb, burada ərazilərin minaların təmizlənməsi prosesi gedir. Müxalifətin Suriyanın şimalında nəzarət etdiyi ümumi ərazi 1350 kvadrat kilometrdir”, - məlumatda vurğulanır.
Baş Qərargahın məlumatında qeyd edilir ki, döyüşlər zamanı müxalifətin 6 nümayəndəsi ölüb, 18 nəfər yaralanıb.
Türkiyə ordusu İŞİD-ə qarşı “Firat qalxanı” əməliyyatına avqustun 24-də başlayıb. Suriya müxalifəti ilə birgə Suriyanın şimalındakı Cerablus şəhəri geri alınıb. Hazırda hücum cənub-qərb istiqamətində gedir.
Modern.az