32 yaşlı alman futbolçu Bastian Şvaynştayqer 2016-cı il Avropa çempionatından sonra ilk dəfə “Mançester Yunayted”in əsas heyəti ilə məşqlərə çıxıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün baş məşqçi Joze Mourinyo dünya çempionunu birinci komandaya qaytarıb.
Almaniya millisinin keçmiş oyunçusunu məşqdə klubun digər veteranı Ueyn Runi xüsusi alqışla qarşılayıb.
Portuqaliyalı mütəxəssis yayda komandaya rəhbərlik etməyə başlayandan sonra 2014-cü ilin dünya çempionuna ehtiyacı olmadığını bildirərək onu ehtiyat komandaya yollamışdı.
Şvaynştayqe “Mançester Yunayted”ə 2015-ci ilin iyul ayında keçib. Bu klubda 31 oyunda meydançaya çıxan Almaniya futbolunun əfsanəsi 1 qol vurub.
Modern.az