Modern.az

“Azərbaycan Türkiyəyə yardım əlini uzadan ilk ölkələrdən oldu” – Səfir

“Azərbaycan Türkiyəyə yardım əlini uzadan ilk ölkələrdən oldu” – Səfir

31 Oktyabr 2016, 21:18

"Azərbaycan Türkiyəyə çevriliş cəhdindən sonra yardım əlini uzadan ilk ölkələrdən oldu”. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, bu sözləri "15 iyul Xalqın səsi, ədalətin zəfəri: Azərbaycan-Türkiyə" adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

O, qeyd edib ki, Azərbaycan xalqı çevriliş günü türk xalqı ilə eyni hissləri paylaşıb.

 

Səfirin sözlərinə görə, 15 iyul hadislərindən Türkiyə ilə yanaşı digər ölkələr də dərs götürməlidir.

 

Diplomat qeyd edib ki, çevriliş cəhdlərinin təkrarlanmaması üçün birlik və bərabərlik vacib amildir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi