Modern.az

Gəncədəki qəzada ölən hər üç şəxsin adı məlum olub - Yenilənib

Gəncədəki qəzada ölən hər üç şəxsin adı məlum olub - Yenilənib

Aktual

31 Oktyabr 2016, 23:51

Gəncə-Şəmkir yolunda baş verən ağır yol qəzasında ölən hər üç şəxsin  adı məlum olub. Modern.az saytı xəbər verir ki, həmin şəxslərdən biri "VAZ-2106"nın sərnişini, 1960-cı il təvəllüdlü Hüseynov Rafiq İmran oğludur.

Qəza zamanı ölən 3-cü şəxs isə 1992-ci il təvəllüdlü Gədəbəy rayon sakini Nicat Ələkbərovdur.

 

22:20

 

 

Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada keçinib. Ölən digər iki nəfərin  şəxsiyyəti müəyyənləşdirilir.

 

Qeyd edək ki, Gəncədə  “VAZ 2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Xəsarət alanlar "Mercedes"-də olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.  

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi