Modern.az

ABŞ Azərbaycanla əməkdaşlıqdan razıdır

ABŞ Azərbaycanla əməkdaşlıqdan razıdır

Aktual

1 Noyabr 2016, 09:50

“Biz Azərbaycanla mövcud əməkdaşlığımızı yüksək qiymətləndiririk”.

 Modern.az-ın xəbərinə görə, bunu ABŞ-ın müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter deyib.

O bildirib ki, Azərbaycana səfəri zamanı baş nazirin müavini, müdafiə və xarici işlər nazirləri ilə görüşüb:

“ABŞ Müdafiə Departamenti və Azərbaycanın təhlükəsizlik institutlarının uzunmüddətli əməkdaşlığını müzakirə etdik. Bizim Azərbaycan hökuməti ilə təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığımız mövcuddur.

Bu, iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biridir. Biz terrorizmə, zorakı ekstremizmə qarşı mübarizədə,  kibertəhlükəsizlik, yəni təhlükəsizlik sahəsində əməkdaşlıq edirik.

Minnətdarıq ki, Azərbaycan dəstək məqsədi ilə sülhməramlılarını Əfqanıstana göndərir. Azərbaycan 11 sentyabr hadisəsi zamanı ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. O vaxtdan etibarlı tərəfdaş olaraq qalır”.

 Maykl Karpenter söyləyib ki, ABŞ regionda təhlükəsizlik və sülhün təminatında maraqlıdır:

“Bu ABŞ-ın uzunmüddətli marağıdır. 2002-ci ildən hərbi əməkdaşlıq üçün 60 milyon dollar vəsait sərf etmişik. Bizim bu sahədə dərin əməkdaşlığımız var”.

 

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi