Modern.az

Bağlanan bankların əmanətçilərinə 651 mln. manat kompensasiya verilib

Bağlanan bankların əmanətçilərinə 651 mln. manat kompensasiya verilib

Aktual

1 Noyabr 2016, 10:16

Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə indiyədək ödənilən kompensasiyanın həcmini açıqlayıb.

 

Fonddan Modern.az-a verilən məlumata görə, ümumilikdə 10 bank üzrə 650 mln. 979 min manatdan artıq kompensasiya ödənilib.

 

Belə ki, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 41 mln. 747 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 51 mln. 48 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 26 mln. 136 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 887 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 121 mln. 818 min manatdan artıq kompensasiya verilib.
 

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 170 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 2 bank üzrə ümumilikdə ödənilən kompensasiya məbləği 16 mln. manatdan artıq təşkil edib.
 

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə ödənilən kompensasiya məbləği 145 mln. Manat təşkil edib.
 

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 368 mln. 161 min manat artıq kompensasiya ödənilib.

 

Gülşən RAUFQIZI
 

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi