Modern.az

Müsavat Milli Şura ilə birgə mitinq keçirmək istəmir

Müsavat Milli Şura ilə birgə mitinq keçirmək istəmir

Aktual

1 Noyabr 2016, 13:09

Milli Şura və Müsavat Partiyası Konstitusiyaya dəyişiklər üçün keçirilən referendumdan əvvəl mitinq təşkil etmişdii. Bəs Milli Şura və Müsavatın yeni mitinqi nə vaxt keçiriləcək?
Onların bununla bağlı birgə planları varmı?

Milli Şuranın sədri Cəmil Həsənli Modern.az-a bildirib ki, o, bu məsələlərlə bağlı heç bir məlumat verə bilməz.

“Bu məsələlər  Milli Şuranın Koordinasiya Mərkəzində müzakirə edilir. Əgər mitinqlə bağlı hər hansı bir qərar olarsa, bu haqda mətbuatda geniş məlumatlar yaıymlanacaq”.

 

Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı isə “Müsavat bu yaxınlarda mitinq planlaşdırır” deyib.

“Amma bu məsələ müzakirə edilir. Milli Şura ilə Müsavat Partiyasının birgə mitinq keçirmək məsələsi müzakirə mövzusu deyil.”

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi