Prezident İlham Əliyev Füzuli rayonu İcra hakimiyyətinin başçısı Nəbi Muxtarovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, Alı Alıyev əslən elə Füzuli rayonundandır, burada doğulub.
O, uzun müddət Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışıb. Vaxtı ilə Ali Partiya Məktəbini bitirdikdən sonra, rayon partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.
Alı Alıyev uzun müddət Füzuli rayonunda Aqrar Sənaye Kombinantının direktoru vəzifəsində çalışıb. Son təyinatadək o, Füzulidə Suvarma Sistemləri İdarəsində rəis vəzifəsində çalışırdı.
Prezident İlham Əliyevin 4 iyun 2009-cu il tarixli sərəncamı ilə Alı Alıyevə Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı verilib.
Modern.az