Modern.az

Türkmənistanın vitse-spiker Milli Məclisə niyə getdi?

Türkmənistanın vitse-spiker Milli Məclisə niyə getdi?

1 Noyabr 2016, 18:47

 

Noyabrın 1-də Azərbaycanda səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

 

Modern.az xəbər verir ki, əvvəlcə Türkmənistan nümayəndə heyəti Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ilə görüşüb.

 

Vitse-spiker ölkələrimiz arasında dərin dostluq əlaqələrinin mövcud olduğunu söyləyib. O, illər öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkmənistanın o vaxtkı rəhbərliyi arasında keçirilən görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, bu gün də bu ənənə dövlət rəsmiləri tərəfindən davam etdirilir. Təqdirəlayiq haldır ki, ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər.

Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirib ki, nümayəndə heyətinin bu səfəri BMT-nin layihəsi çərçivəsində həyata keçirilir və torpaq islahatları ilə bağlıdır. “Biz torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və ondan bəhrələnmək niyyətindəyik”, - deyə o əlavə edib.

Türkmənistan parlamentinin vitse-spikeri ölkəsinin qanunvericilik orqanı barədə məlumat verib. O, həmçinin ölkəsi üçün önəmli olan Türkmənistanın neytrallığının 20 illiyinə həsr olunmuş tədbirlər haqqında danışıb.

 

Valeh Ələsgərov deyib ki, hələ mərhum eks-prezident Heydər Əliyevin rəhbərliyi zamanında ölkəmizdə torpaq islahatlarına başlanılıb. Bu yaxınlarda “Kooperasiya haqqında” qanun qəbul edilib. Ölkəmizdə fermer təsərrüfatları ilə yanaşı, böyük aqroholdinqlər yaradılır. Parlament sədrinin müavini iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin, Hökumətlərarası Komissiyanın daha aktiv fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

 

Milli Məclis sədrinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı görülən işlər barədə məlumat verib. O, ölkəmizin problemin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həllinə tərəfdar olduğunu vurğulayıb və bu məsələdə Türkmənistanın dəstəyinə inamını ifadə edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi