Əfqanıstanın şimalındakı Parvan əyalətində toy karvanının hərəkət etdiyi yolda minanın partlaması nəticəsində ən azı 7 nəfər həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 1-də günorta saatlarında qeydə alınıb.
Əyalətin rəhbərinin sözlərinə görə, ölənlərin hamısı qohumdur.
Partlayışa görə məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.
Modern.az