Vergilər Nazirliyi ölkədən çıxışına qadağa qoyulan fiziki və hüquqi şəxslərin yeni siyahısını dərc edib.
Modern.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, daha 68 nəfərin Azərbaycandan çıxışı məhdudlaşdırılıb.
Beləliklə vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 374 nəfər, hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı isə 673 nəfərə çatıb.
Tam siyahı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
//www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf
//www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf
Gülşən RAUQFIZI