“Amnesty International”ın Moskva şöbəsinin ofisinin giriş qapısının qıfılı dəyişdirilərək möhürlənib.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, girişə yapışdırılan kağızda şəhər əmlak departamentinin qeydləri var. Orada yazılıb ki, ofisin qapısını yalnız adıçəkilən departamentin nümayəndəsinin iştirakı ilə açmaq olar.
“Möhürün üzərindəki telefona heç kim cavab vermir. “Amnesty International”da bunun nə ilə bağlı olduğunu heç kim bilmir. Tə.kilat 20 ildir fasiləsiz otaqların kirayə haqqını ödəyir”, - hüquq müdafiəçiləri bildiriblər.
Modern.az