Qırğız Respublikası ölkə konstitusiyasına dəyişikliklər etmək üçün referendum keçirir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, referendum 2016-cı ilin dekabrın 11-nə təyin edilib. Dəyişiklik ölkənin baş nazirinin səlahiyyətlərinin gücləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, oktyabrın 26-da Qırğız Respublikasının prezidenti Almazbek Atambayev hökumətin istefasına dair fərman imzalayıb.
Modern.az