Bu gün Azərbaycan futbol klublarından “Qarabağ” və “Qəbələ” UEFA-nın Avropa Liqasında növbəti oyunlarını keçirəcək.
Modern.az xəbər verir ki, “Qarabağ” Yunanıstanda yerli PAOK klubu ilə həlledici görüşə çıxacaq. Bundan əvvəl Bakıda keçirilən oyunda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlmişdi. Ağdam təmsilçisinin 3 oyundan sonra 4 xalı var.
“Qəbələ” isə qrupda keçirdiyi 3 görüşün hamısında məğlub olub. Bu dəfə komandamız Fransanın “Sent Etyen” klubunu qəbul edəcək.
J qrupu
00:05. PAOK (Yunanıstan) – “Qarabağ”
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Saloniki. “Tumba” stadionu
00:05.”Fiorentina” (İtaliya) – “Slovan” (Çexiya)
1. | Fiorentina | 3 | 2 | 1 | 0 | 8:2 | 7 |
2. | PAOK | 3 | 1 | 1 | 1 | 2:3 | 4 |
3. | Qarabağ | 3 | 1 | 1 | 1 | 5:7 | 4 |
4. | Slovan | 3 | 0 | 1 | 2 | 4:7 | 1 |
C qrupu
22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa)
Baş hakim: Karlos Del Serro Qrande
Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez
Bakı. 8-ci km qəsəbə stadionu
22:00. “Anderlext” (Belçika) – “Maynts” (Almaniya)
1. | Anderlext | 3 | 1 | 2 | 0 | 5:3 | 5 |
2. | Sent Etyen | 3 | 1 | 2 | 0 | 3:2 | 5 |
3. | Maynts | 3 | 1 | 2 | 0 | 5:4 | 5 |
4. | Qəbələ | 3 | 0 | 0 | 3 | 3:7 | 0 |