Modern.az

İŞİD lideri Türkiyəni “ateistlərin müttəfiqi” ADLANDIRDI

İŞİD lideri Türkiyəni “ateistlərin müttəfiqi” ADLANDIRDI

3 Noyabr 2016, 10:32

“İslam dövləti” (İŞİD) terror təşkilatının lideri Əbu Bəkt əl-Bağdadi  tərəfdarlarını Mosuldan çəkilməməyə və İraq ordusuna qarşı müqavimət göstərməyə çağırıb.

 

Modern.az saytının xəbərinə görə, bu haqda “Frans Press” agentliyi məlumat yayıb.

 

Bu, 17 oktyabrdan, yəni Mosulda hərbi əməliyyatlar başlayandan sonra Bağdadinin ilk bəyanatıdır.

 

İŞİD rəhbəri terrorçuları Mosulu tərk etməməyə,  Türkiyəyə hücuma da çağırıb. “Çünki Trükiyə ateistlərin müttəfiqidir” –deyə o əlavə edib.

 

Qeyd edək ki, Bağdadinin harda qaldığı məlum deyil. Onun bir neçə dəfə ölüm xəbəri yayılsa da, bu məlumatlar sonradan öz təsdiqini tapmayıb.

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil