Modern.az

Bayden dünya gözəlinə görə Trampı təhqir etdi

Bayden dünya gözəlinə görə Trampı təhqir etdi

Dünya

3 Noyabr 2016, 10:51

“Özünü Amerika Birləşmiş Ştatlarının növbəti prezidenti təsəvvür edən adam gecə saat 03:30-da oyanır və Twitter-də qadın bədəni, çəkisi haqqında nələrsə yazır”.

 

Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Donald Tramp haqqında danışarkən deyib.

“O belə, ədəbsiz seksual hərəkətlər edir. Siz təsəvvür edə bilirsinizmi, bizim tariximizdə hansısa prezident belə hərəklət etsin?” deyə o bildirib.

 

Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Hillari Klintonla teledebatda təhqiredici şəkildə keçmiş "Kainat gözəli" Alisia Maçadonun kökəldiyini demişdi.

 

Ümumiyyətlə Trampla Maçado arasında qalmaqal yaşanır. Alisia Maçado Trampı cinsiyyətçilik, irqçilik və qadın düşmənliyində ittiham edib. Prezidentliyə namizəd isə ona "iyrənc” deyərək, seks kasetinin olduğunu iddia edib.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil