Rusiyanın Orenburq vilayətinin Orsk şəhərinin sakini, milliyyətcə azərbaycanlı, 32 yaşlı Qardaşov Rauf Cəmaləddin oğlu birgə yaşadığı qadının və onun 4 yaşlı qızının qətlində şübhəli bilinir.
Modern.az xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, cinayətkar qadına və uşağa bir neçə bıçaq zərbəsi vuraraq onları amansızlıqla qətlə yetirib.
Bildirilir ki, o, həmin qadınla birgə yaşayırmış. Qatil cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb.
Polis Rauf Qardaşovu axtarışa verib. Hadisə ilə bağlı şahidlər dindirilir.
Aqşin KƏRİMOV