Modern.az

Bağlanan 10 bankın əmanətçilərinə ödənilən kompensasiyanın MƏBLƏĞİ

Bağlanan 10 bankın əmanətçilərinə ödənilən kompensasiyanın MƏBLƏĞİ

3 Noyabr 2016, 11:26

Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə indiyədək ödənilən kompensasiyanın həcmini açıqlayıb.

 

Fonddan Modern.az-a verilən məlumata görə, ümumilikdə 10 bank üzrə 667 mln. 72 min manatdan artıq kompensasiya ödənilib.

Belə ki, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 745 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 208 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 26 mln. 688 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 906 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 124 mln. 547 min manatdan artıq kompensasiya ödənilib.
 

Bildirilib ki, "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 176 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 2 bank üzrə ümumilikdə ödənilən kompensasiya məbləği 16 mln. manat təşkil edib.
 

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya verilib. 3 bank üzrə ümumilikdə ödənilən kompensasiya 145 mln. manatdan artıq olub.
 

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə isə 381 mln. 525 min manat artıq kompensasiya ödənilib.
  

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi