Modern.az

Bakıda 15 il axtarışda olan şəxs TUTULDU

Bakıda 15 il axtarışda olan şəxs TUTULDU

3 Noyabr 2016, 11:42

Bakıda 15 il axtarışda olan şəxs tutulub. Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Cavad Mustafayev saxlanılıb.

O, 2001-ci il noyabrın 13-də İmran Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-2106" markalı avtomobilin sürücüsüdür.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi