“Noyabrın 2-də, gecə saatlarında "VAZ 2104" markalı avtomobil Bakı-Quba yolunun 31-ci kilometrliyinin yaxınlığında yol hərəkəti qaydaların kobud şəkildə pozaraq hərəkətdə olan qatarın qarşısına çıxıb. Nəticədə bədbəxt hadisə baş verib”.
Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları “QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
O deyib ki, minik avtomobili dəmir qoruyucular olmayan hissədən qatarın yoluna çıxıb:
“Toqquşma nəticəsində qatarın altında qalan avtomobilin sürücüsü dünyasını dəyişib”.
Gülşən RAUFQIZI