Modern.az

Bakı metrosunun iş vaxtı bu gecə saat 01:00-a kimi uzadıldı

Bakı metrosunun iş vaxtı bu gecə saat 01:00-a kimi uzadıldı

3 Noyabr 2016, 12:45

“Bakı Metropoliteni” QSC-nin iş qrafiki uzadılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Modern.az-a verdiyi məlumata görə, bu, Bakıda "Bakcell Arena"da saat 22:00-da keçiriləcək "Qəbələ"-"Sent-Etyen" qarşılaşması ilə əlaqədardır:

“Oyunla əlaqədar bu gün Bakı metrosunun iş qrafiki gecə saat 01:00-a kimi uzadılıb. Bunun üçün klub rəhbərliyi tərəfindən bizə müraciət daxil olub.

 

Müraciət tərəfimizdən müsbət cavablandırılıb və istənilən halda "Bakı Metropoliteni” QSC klub rəhbərliyi ilə koordinasiyalı şəkildə işləyəcək".

 

O deyib ki, sərnişin axını çox olduqda metronun "Neftçilər" və "Xalqlar dostluğu" stansiyaları 01:00-dan sonra da fəaliyyət göstərə bilər”

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi