Modern.az

Deputat Mahir Aslanov: “Siqaret məni cana yığdı”

Deputat Mahir Aslanov: “Siqaret məni cana yığdı”

3 Noyabr 2016, 13:34

“Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”.

 

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deputat Mahir Aslanov deyib.

Deputat "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərək deyib ki, o 53 il siqaret çəkib.

 

“Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım.Hətta tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi