“Bizim komitədə tanıdığım millət vəkillərinin heç biri sirqaret çəkmir. Bu elə bizim böyük uğurumuz və nümunədir”.
Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında deputat Novruzəli Aslanov deyib.
Deputat bildirib ki, ilk növbədə siqaretlərin qutularının cəlbedici olmasının qarşısı alınmalıdır: “Mən oturduğum otaqda bir yoldaş siqaret açdı və ortaya qoydu. O siqaretin qutusu o qədər gözəl idi ki, onun açılıb-bağlanması belə adamı cəlb edirdi. Siqaret taralarının o formada gözəl hazırlanması özü də bir reklamdır”.
Deputat Aydın Hüseynov çıxışı zamanı isə Milli Məclisin 1992-ci illərdəki dövrünə nəzər salaraq o zaman parlamentin plenar iclasında siqaret çəkən deputatlardan danışıb:
“1992-ci ildə hətta parlamentin plenar iclaslarında deputatlar siqaret çəkirdilər. Amma bu gün nə yaxşı ki, belə hal yoxdur”.
Ağa AKİFOĞLU