Modern.az

İsrailli ekspert Moskvada Ermənistanı biabır etdi

İsrailli ekspert Moskvada Ermənistanı biabır etdi

3 Noyabr 2016, 15:01

Moskvada siyasətçilərin, ictimai xadimlərin və müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda çıxış edən beynəlxalq münasibətlər üzrə  israilli ekspert Arye Qut Ermənistanı kəskin ifşa edib.

 

“20-ci əsrin əvvəllərində minlərlə insana qarşı kütləvi qırğın törədilib. Artıq uzun illərdir ki, Ermənistanda yəhudilər mənəvi zorakılığa məruz qalırlar. Dəfələrlə, İrəvanda Xolokost qurbanlarının xatirə lövhəsi təhqir edilib,  televiziya verilişlərində antisemitizm keçirilib”.

 

Onun sözlərinə görə, dünya ictimaiyyəti bundan sonra da Ermənistanda faşizm təbliğatına görə  susmamalıdır.

 

“Əks təqdirdə bugünkü Ermənistan rəhbərliyi  eyni məntiqlə Hitlerə abidə qoya bilər. Bu cür hərəkətlərin arxasında müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır” - deyə Arye Qut  əlavə edib.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi