Modern.az

İŞİD lideri çıxış etdi, Mosulda güclü partlayışlar oldu

İŞİD lideri çıxış etdi, Mosulda güclü partlayışlar oldu

3 Noyabr 2016, 16:15

"İslam dövləti" (İŞİD) terror qruplaşmasının ələ keçirdiyi Mosulda yaraqlıların lideri Əbu Bəkr əl-Baqdadinin şəhəri əldə saxlamaqla bağlı çağırışından sonra güclü partlayışlar qeydə alınıb.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, İraq ordusunun terrorçulardan təmizlədiyi Mosulun şərq hissəsinin sakinlərindən biri deyib ki, partlayışlara səbəb İŞİD-in mövqelərindən atılan onlarla raket olub.

 

“Biz İŞİD üzvlərinin bərkdən “Allahu Əkbər” qəşqırdıqlarını, sonra raket partlayışlarının səsini eşitdik”, - deyib.

Onun bildirdiyinə görə, əl-Baqdadinin çıxışından sonra yaraqlılar ruhlanıblar.

“Onlar küçələrdə üzlərini bağlamadan gəzməyə başlayıblar və deyirlər ki, şəhəri son ana qədər müdafiə edəcəklər”, - həmin sakin bildirib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi