Sumqayıt şəhərində Xırdalan qəbiristanlığının yanında yerüstü piyada keçidi artıq istifadəyə hazırdır. Bu haqda Modern.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, artıq keçiddə son tamamlama işləri gedir:
“Keçiddə tikinti yekunlaşıb, dayaqlar üzləndikdən sonra rənglənəcək. Daha sonra keçiddə gecə işıqlandırma sistemi quraşdırılacaq.
Ümumilikdə Bakı şəhəri üzrə 12 yerə piyada keçidlərinin inşası aparılır, daha 8 yerdə inşaya başlanması planlaşdıırlır”.
Qurum rəsmisi müəyyən müddət sonra piyada keçidlərinin sayının artırılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Gülşən RAUFQIZI