İraq ordusu Mosul şəhərinə daxil olub.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, İraq ordusuna əlavə dəstək qüvvələri kimi Mosula daxil olan qoşunlar artıq tam hazır vəziyyətə gətiriliblər.
İraq Müdafiə Nazirliyinin sözçüsü general Tahsin İbrahim bildirib ki, ölkənin 9-cu zirehli polku Mosulun şərqindən və əl-İntisar məhəlləsindən şəhərə girib.
Ağa AKİFOĞLU