Modern.az

“Bakıdakı qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyinə göndərilib”

“Bakıdakı qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyinə göndərilib”

3 Noyabr 2016, 17:09

“Hazırda Bakıda qəzalı vəziyyətdə olan bir neçə orta məktəb binası var”.

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Ən cətin vəziyyətin 171 saylı məktəbdə olduğunu bildirən idarə müdirinin sözlərinə görə, iki korpuslu məktəbin qəzalı halda olan bir korpusunun şagirdləri digərinə köçürülüb:

“Orada dərslər iki növbəli sistemdə aparılır. Bu hal təbii ki, müəyyən sıxlıq yaradaraq şagirdlərin təhsilinin keyfiyyətinə mənfi təsir göstərir”.

M.Vəliyeva söyləyib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi qəzalı məktəblərlə bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırır:

“Qəzalı vəziyyətdə olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də Bakı şəhəri İcra Hakimiyyətinə təqdim olunub. Çünki paytaxtdakı məktəblərdə əsaslı təmir işlərini əsasən Bakı şəhəri İcra Hakimiyyəti aparır".

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi