Modern.az

Dilqəm Əsgərovun oğlu:  “Qırmızı Xaç atamın səhhəti haqda bir kəlmə də demir”

Dilqəm Əsgərovun oğlu:  “Qırmızı Xaç atamın səhhəti haqda bir kəlmə də demir”

3 Noyabr 2016, 17:41

Qırmızı Xaç Komitəsnin nümayəndələri i Dağlıq Qarabağda saxlanılan girovlara baş çəkib. Bu haqda məlumat verən qurumun Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, onlardan ailələri üçün məktublar alınıb, eyni zamanda onların məktubları ailələrinə çatdırılıb.

Məsələ ilə bağlı erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a açıqlama verib.

O deyib ki, Qırmızı Xaç Komitəsindən ona zəng olunub:

“Bir həftə əvvəl məndən atama vermək üçün məktub götürmüşdülər. Bu gün də bildiridlər ki, girovlara baş çəkiblər. Amma bizə nə məktub veriblər, nə də əlavə məlumat. Sadəcə baş çəkildiyini deyirlər. Onun səhhəti, sağlamlığı ilə bağlı kəlmə də deməyiblər”.

 

2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi