Modern.az

Millət vəkili Rasim Musabəyov Nərimanov gəncləri ilə görüşüb

Millət vəkili Rasim Musabəyov Nərimanov gəncləri ilə görüşüb

3 Noyabr 2016, 21:39

Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla Nərimanov rayon gənclərinin görüşü keçirilib. Modern.az saytı xəbər verir ki, görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Milli Məclisin deputatını və fəal gəncləri Rasim Musabəyovun həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Müstəqilliyimizin 25 illiyi ərzində yaradılmış ictimai-siyasi, sosial-iqtisadi və xarici siyasətindən geniş söhbət açıb. Natiq qeyd edib ki, bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləyir.

Daha sonra Milli Məclisin deputatı gəncləri maraqlandıran sualları cavablandırıb.

Sonda Nərimanov rayon gənclərinə ictimai fəaliyyətdə göstərdiyi diqqət və qayğıya, onların layihələrini hər zaman dəstəklədiyinə görə, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “Gənclərin dostu” adlı Fəxri Fərmanla təltif olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi