Modern.az

Bakıda VII Avropa Film Festivalının açılışı olub

Bakıda VII Avropa Film Festivalının açılışı olub

3 Noyabr 2016, 21:51

Bakıda VII Avropa Film Festivalının açılışı olub. Modern.az saytı xəbər verir ki, film festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, ümumilikdə festivalda 19 ölkədə lentə alınan filmlər nümayiş olunacaq: “Mən çox şadam ki, festival ildən ilə maraq artır. Festivalda tamaşaçılara həm bədii, həm sənədli filmlər təqdim ediləcək. Bu il festivalda 6-7 min insanın iştirak edəcəyini gözləyirik”.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard festivalın təşkilini əlamətdar hadisə kimi dəyərləndirib.

O, qeyd edib ki, festival Azərbaycan və Avropa arasında mədəni əlaqələri daha da genişləndirəcək: “Mən festivalda dəstəyinə görə Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Ümid edirəm, filmlər tamaşaçıların zövqünü oxşayacaq və festivala maraq hər zaman yüksək olacaq”.

 

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Die festivalın açılışında nümayiş olunan “Bağlı gözlərlə yaşamaq asandır” ispan filmi haqqında məlumat verib.

 

Festival İspaniya və Yunanıstan istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır”, “Kiçik İngiltərə” adlı filmlərin nümayişi ilə açıq elan olunub.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi