Modern.az

Prezidentliyə namizədlər qələbəsini qeyd etməyə hazırlaşır

Prezidentliyə namizədlər qələbəsini qeyd etməyə hazırlaşır

Dünya

3 Noyabr 2016, 22:24

ABŞ prezidenti postuna Respublika Partiyasının namizədi Donald Tramp seçkilərdə şübhə etmədiyi qələbəsini Nyu-Yorkda bayram etməyə hazırlaşır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Donald Trampın seçki kampaniyasının qərargahı tədbirin noyabrın 8-də axşam saatlarında Manhetten rayonunun mərkəzində yerləşən “Hilton” otelində təşkil olunacağını bildirib. Giriş “yalnız Tramp-Pens kompaniyasının dostları və tərəfdarları üçün dəvətnamələr” əsasında olacaq.

Qeyd edək ki, bir qədər əvvəl Demokratik Partiyanın namizədi Hillari Klintonun qərargahı keçmiş dövlət katibinin seçkiqabağı yarışın başa çatmasını təntənə ilə qeyd edəcəyi barədə məlumat yayıb. Xanım Klintonun tədbiri  isə Manhetten rayonundakı “Jacob Javits” konfrans zalında keçirməyi planlaşdırır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil