Modern.az

Sabir şeirlərinin bədii qiraət müsabiqəsi başlayır

Sabir şeirlərinin bədii qiraət müsabiqəsi başlayır

28 Fevral 2011, 10:40

Söz Azadlığını Müdafiqə Fondu  və Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyası Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş “Bədii  qiraət”  müsabiqəsinə start verib.
Modern.az-ın məlumatına görə, iki mərhələdən ibarət olacaq müsabiqəyə M.Ə.Sabirin doğum günü-30 may tarixində yekun vurulacaq.
Müsabiqənin birinci mərhələsi orta məktəblərdə, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialında, Şamaxı Humanitar Kollecdə keçiriləcək. Artıq təşkilat komitəsinin üzvləri qeyd olunan təhsil ocaqlarında olaraq adıçəkilən müəssisə rəhbərləri ilə müsabiqənin əsasnaməsini, o cümlədən layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər. Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin  yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosesində fəal  şagirdləri üzə çıxarmaqla həvəsləndirməkdir.
Yekun mərhələsində qalibləri tanınmış mədəniyyət və incəsənt xadimlərinin, habelə  Şamaxıda fəaliyyət göstərən elm adamlaının da qatıldığı münsiflər heyəti seçəcək. Xatırladaq ki, ənənəvi olaraq keçirilməsi planlaşdırlılan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...