Moskvada polisə Kremlin, ABŞ səfirliyinin və digər mühüm obyektlərin partladılacağı ilə bağlı xəbər daxil olub. Modern.az saytı xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi təcili xidmətlərdəki mənbəsinə istinadən məlumat yayıb. Hazırda polis məlumatın nə dərəcədə dəqiqliyini yoxlayır. Məlumatda adı çəkilən ünvanlara kinoloqlar cəlb olunublar.
Qeyd edək ki, Moskvada Kremldə, ABŞ səfirliyinin binasında, Yaroslavl vağzalında və digər mühüm obyektlərdə partlayış təhdidi ilə bağlı "02" xidmətinə beş mesaj daxil olub.
Modern.az