Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib. Modern.az saytı xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” Bakıda Fransanın “Sent-Etyen” komandasını qəbul edib. Fransada keçirilən oyunda rəqibinə 0:1 hesabı ilə uduzan “Qəbələ” bunun əvəzini çıxmağa cəhd edirdi. Oyunda ilk qolu da komandamız vurub. Belə ki, oyunun 39-cu dəqiqəsində Ruslan Qurbanov hesabı açıb. Amma “Qəbələ” bu hesabı cəmi 6 dəqiqə qoruya bilib. Oyunun 45+1 dəqiqəsində rəqib komanda hesabı bərabərləşdirib. Oyunun 53-cü dəqiqəsində isə “Sent-Etyen” ikinci qolunu vuraraq hesabı 1:2-yə çatdırıb. Bununla da “Qəbələ” turnirdə keçirdiyi 4 oyundan sonra da xal qazana bilməyib.
1. | Anderlext | 3 | 1 | 2 | 0 | 5:3 | 5 |
2. | Sent Etyen | 4 | 2 | 2 | 0 | 5:1 | 8 |
3. | Maynts | 3 | 1 | 2 | 0 | 5:4 | 5 |
4. | Qəbələ | 4 | 0 | 0 | 4 | 4:9 | 0 |
Modern.az