Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilir. Modern.az saytı xəbər verir ki, "Fənərbağça" İstanbulda ilk oyunda 4:1 hesabı ilə məğlub olduğu "Mançester Yunayted"i qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri. 2-ci dəqiqədə hesabı açıblar. Mussa Sou möhtəşəm qola imza atıb. İkinci hissəyə də türklər qolla başlayıblar və 59-cu dəqiqədə Lens Yeremen ingilisləri ikinci dəfə məyus edib.
89-cu dəqiqədə isə Runi "Mançester"in təsəlli qolunu vurub - 2:1.
Beləliklə, A qrupunda "Feyenord" və "Fənərbağça" 7 xalla 1 və 2-ci yerləri bölüşürlər. 6 xallı "Mançester Yunayted" 3-cüdür.
Modern.az