Modern.az

Türkiyədə ““WhatsApp” “YouTube” “Facebook” və “Twitter”  BAĞLANDI

Türkiyədə ““WhatsApp” “YouTube” “Facebook” və “Twitter”  BAĞLANDI

4 Noyabr 2016, 12:04

Türkiyənin senzura monitorinq qrupu “TurkeyBlocks” ölkədə “WhatsApp” messencerinin, “YouTube” videohostinqinin, eləcə də “Facebook” və “Twitter” sosial şəbəkələrinin blok edildiyi barədə məlumat yayıb.

Modern.az xarici KİV-ə  istinadən xəbər verir ki, girişin noyabrın 4-də yerli vaxtla saat 01:20-də blok edildiyi bildirilib.

 

Hüquq-mühafizəçiləri “Instagram” sosial şəbəkəsinə də girişin məhdudlaşdırıldığını bildiriblər.

 

“TurkeyBlocks”da blok edilməni PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasının  (HDP) bir neçə liderinin saxlanılması və bu partiyanın Ankarada yerləşən qərargahında aparılan axtarışlarla əlaqələndiriblər.

Qeyd edək ki, saxlanılanlar arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Fidan Yüksəkdağ da var.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil