Modern.az

Ədliyyə nazirindən saxlanılan PKK-çı deputatlar haqda AÇIQLAMA

Ədliyyə nazirindən saxlanılan PKK-çı deputatlar haqda AÇIQLAMA

4 Noyabr 2016, 13:43

Türkiyədə saxlanılan millət vəkilləri hüquqa hörmətsizlik ediblər.

 

Modern.az saytının Türkiyə KİV-nə istinadən məlumatınaa görə, bunu ədliyyə naziri Bəkir Bozdağ deyib.

 

Nazir Xalqların Demokratik Partiyasından (HDP) olan deputatların bəzilərinin saxlandığını bildirib: "15 millət vəkili saxlanılıb".

 

B.Bozdağ qeyd edib ki, Türkiyə hüquqi dövlətdir, qanun qarşısında hamı bərabərdir: "Bərabərlikdən niyə narahatsınız ki? Məlum olduğu kimi, 20 may 2016-cı ildə deputatların toxunulmazlığı aradan qaldırılıb".

 

O əlavə edib ki, saxlanılan millət vəkilləri hüququn işləməsinə şərait yaratmayıblar, hüququ tanımayıblar: "Hüquqa hörmətsizlik ediblər. Belə bir vəziyyətdə qanun və hüquq hansı tədbirin görülməli olduğunu açıq şəkildə yazır".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil