Modern.az

Milli Məclisin nümayəndə heyəti Bosniyada - FOTO

Milli Məclisin nümayəndə heyəti Bosniyada - FOTO

Aktual

5 Noyabr 2016, 08:01

Milli Məclisinin deputatı Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə həyəti Bosniya və Herseqovinada  səfərdə olub. Modern.az saytı xəbər verir ki,  Milli Məclisin deputatları Çingiz Qənizadə və Elşad Həsənovun da daxil olduğu nümayəndə heyəti əvvəlcə Bosniya və Herseqovina parlamentinin Yuxarı Palatasının (Xalqlar evi) sədri Safet Softiç ilə görüşüb.

 

Görüşdə Milli Məclisin tərkibi və fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkələrimiz arasında mövcud olan dərin dostluq əlaqələrindən məmnunluq ifadə olunub.

Daha sonra Bosniya və Herseqovina parlamenti tərəfindən qəbul edilən nümayəndə heyəti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək verən qətnaməyə görə minnətdarlıq ediblər. Bu qətnamənin Xocalıda törədilən  kütləvi qırğının beynəlxalq arenada tanınmasına əhəmiyyətli bir töhfə olduğu diqqətə çatdırılıb.

 

Azərbaycan - BvH parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Ç.Qənizadə iki ölkə arasındakı əlaqələrin bütün istiqamətlərdə dinamik inkişaf etdiyini vurğulayıb. Əminliklə qeyd edilib ki, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının səmərəli fəaliyyəti bu münasibətlərin genişlənməsinə daha da təkan verəcək.

 

Görüşdə Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Prezident İlham Əliyevin salamlarını çatdıraraq dövlət başçıları arasındakı səmimi əlaqələrin Azərbaycan-BvH münasibətlərinin inkişafına öz əhəmiyyətli töhfəsini verdiyini vurğulayıb.

 

Sonra BvH-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Nümayəndə heyəti, həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri (dövlət başçısı) Bakir İzetbeqoviç ilə görüş keçirib. Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, Azərbaycan və BvH arasında beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, Azərbaycan torpaqlarının işğalı, qaçqın və köçkünlərin problemləri, münaqişənin həlli prosesində Ermənistanın pozucu mövqeyindən danışan C.Feyziyev və Xalq yazıçısı Ç.Abdullayev, BvH-nin hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini dıqqətə çatdırıblar.

 

Milli Məclisin deputatları Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Sarayevoda əsaslı təmir və bərpa edilən “Dostluq parkı”nda bu ölkədə 1992-1995-ci illər müharibəsinin və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, abidənin önünə əklil qoyublar.

 

Səfər çərçivəsində nümayəndə heyətinin Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə işıq üzü görən və Beynəlxalq Sarayevo Universitetinin təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayevin müəllifi olduğu “Avropanın opponentləri” və deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitablarının təqdimatında iştirakı planlaşdırılıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi