BMT İraqın Mosul şəhərindən olan qaçqınlar üçün yeni düşərgə açıb.
Modern.az xarici KIV-ə istinadən verir ki. bu barədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığından məlumat verilib.
Düşərgə birinci gün 3 min insanı qəbul edib. Ümumilikdə isə 11 min insan üçün nəzərdə tutulub.
Hazırda düşərgədə 450 çadır qurulub. Lakin gündəlik 500 çadırın qurulması planlaşdırılır.
BMT-nin hesablamasına görə, son 3 gündə Xazer və Hassan əl-Şama 8 min insan toplaşıb.
Modern.az