Modern.az

Bakıda sərxoş sərnişin avtobusdan yıxıldı

Bakıda sərxoş sərnişin avtobusdan yıxıldı

Aktual

5 Noyabr 2016, 11:19

Bakının Sabunçu rayonunda 55 yaşlı kişi avtobusdan düşmək istəyərkən yıxılıb. Musavat.com xəbər verir ki, hadisə 1-ci Zabrat adlanan ərazidə baş verib. 

 

1961-ci il təvəllüdlü Mirzəyev Vaqif Əli oğlu sərnişin avtobusundan düşmək istəyib. O, müvazinətini itirib və yerə yıxılıb. Nəticədə sınıq xəsarətləri alan sərnişin yaxınlıqdakı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 

İlkin məlumata görə, V.Mirzəyev sərxoş olub.

 

Musavat.com 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi