Modern.az

“Büdcədən ayrılan pulları, texnikanı PKK-ya veriblər”

“Büdcədən ayrılan pulları, texnikanı PKK-ya veriblər”

5 Noyabr 2016, 11:51

“Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz” desən aparıb ifadəni alarlar”.

 

Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Xalqların Demokratik Partiyasından (HDP) seçilən millət vəkillərinin həbsindən danışan nazir bütün günahları bir başa deputatlarda bilib:

 

“Toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. HDP-çi deputatlar isə dəvətləri rədd ediblər.

 

Hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına hörmətlə yanaşmalıdır”.

 


Mövlud Çavuşoğlu saxlanılan deputatlardan bəzilərini PKK terror təşkilatına silah verməkdə ittiham edib:

 

“HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan pulları PKK-ya verir. Əhaliyə xidmət üçün nəzərdə tutulan və alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, xəndək qazması üçün istifadə edilir”.

 

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil