Türkiyə ordusu ötən sutka ərzində Suriyanın şimalında İŞİD terror qruplaşmasının obyektlərinə 71 hava zərbəsi endirib.
Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, aviazərbələr nəticəsində 5 terrorçu məhv edilib.
Türkiyənin dəstəklədiyi müxalif qüvvələrdən də 5 hərbiçi və 1 türk əsgəri həlak olub.
Beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hava hücumları nəticəsində daha səkkiz İŞİD yaraqlısı məhv edilib.
Ağa AKİFOĞLU