Modern.az

Şəkidə mənzildən qanunsuz dini ədəbiyyat və disklər tapılıb

Şəkidə mənzildən qanunsuz dini ədəbiyyat və disklər tapılıb

Aktual

5 Noyabr 2016, 15:47

Şəki rayon sakini Y.Əliyevin evindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən dini ədəbiyyat və disklər götürülüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də Turan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əliyevin evinə baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 28 ədəd dini ədəbiyyat və 2 ədəd disk aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi