Modern.az

Mer həbsxanada güllələndi

Mer həbsxanada güllələndi

Aktual

5 Noyabr 2016, 15:51

Narkotik alveri ilə bağlılığına görə həbs olunan Filippinin Albuera şəhərinin meri Rolando Espinosa həbsxanadakı kamerasında güllələnib. 



Modern.az xarici mediaya istinadən bildirir ki, polisdən verilən məlumata görə, Espinosa və onun kamera yoldaşı orada gizli silah saxlanması ilə bağlı axtarışa gələndə özləri mühafizəçi ilə atışmağa başlayıblar.


Filippin prezidenti Duterte avqust ayında narkotiklə bağlı olan 150 siyasətçi və məmurun siyahısını açıqlayıb. Onların arasında Alburanın da adı olub və həyatına təhlükədən çəkinərək polisə özü gəlib. 


Ötən həftə prezidentin siyahında adı olan Saudi-Ampatuan kommunasının meri Samsudin Diamukom Mindanao adasında polislərlə atışmada öldürülüb. 



Duterte iyun ayında prezident kimi fəaliyyətə başlayanda narkotik ticarətinə müharibə elan edib. Bu kampaniya nəticəsində, rəsmi məlumata görə, 3,6 min nəfər ölüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi