Modern.az

PKK-nın uzun illər axtarılan liderləri öldürüldü

PKK-nın uzun illər axtarılan liderləri öldürüldü

Aktual

5 Noyabr 2016, 16:47

PKK terror təşkilatının liderlərindən biri olan İsa Teres öldürülüb.

 

Modern.az-ın Türkiyə KİV-ə  istinadən verdiyi xəbərə görə, noyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı PKK-nın Bingöl, Muş və Ərzurum üzrə rəhbəri, kod adı İsa Fərhad olan İ. Teres onunla yanaşı olan terrorçularla birlikdə məhv edilib.

 

O, 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edir.

 

İ. Teres uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub.

 

 PKK-çılar öldürüldüyü zaman həmin ərazidə xeyli sayda silah-sursat ələ keçirilib.

 

Xatırladaq ki, İ. Teres 1993-cü ildən adıçəkilən terror təşkilatının üzvüdü

 

 

Ağa AKİFOĞLU

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi